Hadİsə

Xüsusi amansızlıqla qətl törətmiş şəxsə hökm oxunub

Xüsusi amansızlıqla qətl törətmiş şəxsə hökm oxunub
 

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb.

Sfera.az.-ın APA-ya istinadən  verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayətdə  oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

 

Saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031