Xurma satanların Ramazan sevinci- Araşdırma

Xurma satanların Ramazan sevinci- Araşdırma
İslam dünyasında ən müqəddəs ay Ramazan ayı qəbul edilmişdir. Bunun bir neçə
səbəbləri vardır: 1) Quran kitabının bu ayda nazil olması, 2) insanların öz
iradələrinə bələd olması, 3) dözümlülük göstərərək 12 ayın 30 günü gündəlik 17
saata yaxın ac-sussuz qalması və.s. Ramazan orucu ayın aypara görünüşü ilə
başlayır, təxminən 29-30 gün davam edir. Müqəddəs ayın son 10 gecəsindən biri
hesab edilən Qədir gecəsi bu ayın ən mühüm günlərindəndir. Ramazan ayında
insanlar niyyət edərək oruc tutur, ibadət edir, pis əməllər etməkdən uzaq olurlar.
Oruc tutanların iftar süfrəsində xurmanın olması tövsiyə olunur. İftarı xurma ilə
açmaq insana uzunmüddəli toxluq verir, həddən artıq çox yeyərək mədənin birdən-
birə yüklənməsinin qarşısın alır. Xurma təkcə oruc tutanların deyil, həm də faydalı
təsirləri olduğu üçün hərkəsin yeməli olduğu meyvədir. Tərkibində bədənin
immun sistemini gücləndirən B1, B2, E, C, A vitaminləri, karbohidratlar, fosfor,
kalsium, dəmir, maqneziumu birləşdirən elementlər olduğuna görə tez həzm
olunmaya, itirilmiş enerjinin bərpasına, qan təzyiqinin normada saxlamağa kömək
edir. İnsanlar xurma meyvəsinin deməklə bitməyən faydalı xüsusiyyələrini həkim
məsləhətlərində də eşidirlər. Müqəddəs Qurani-Kərimdə adı çəkilən bu meyvəni
mütəxəssislər qeyd edirlər ki, südlə qatışdırıb içmək yuxusuzluğun qarşısın alar,
bağırsaq problemlərini aradan qaldırar. əsəbləri sakitləşdirər.
Bazarlarda xurmanın qiyməti növünə görə 2-3 manatdan 150-200 manata kimi
dəyişir. Ən bahalısı Mədinədən gətirilən "Peyğəmbər xurması”, ən ucuzu,
həmçinin ən çox tələbat olan isə karton qutularda satılan "İran” xurmasıdır.
Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrailvə bir neçə ərəb
ölkələrindən xurma ixrac edilir. Hazırda mağazalarda ən ucuz növlü xurmanın
kilosu 2-3 manata yaxındır. Lakin qiymətlər getdikcə artır...

Bahalaşma təbiət hadisələrlə bağlıdırmı?
 
Mart-aprel aylarında İranda baş verən təbii fəlakətlər xurmanın qiymət artımına
bir bəhanə oldu. Lakin əvvəlki illəri təhlil etsək, hər il orucluq ayına yaxın İran
bazarlarında qiymətlərın 5-6 dəfə bahalaşdığın görərik. Bunun da tək səbəbi
işbazların "xurma oyunu”dur. Belə ki, ekspertlərin fikrincə mövsümdə 1 kq
xurmanın qiyməti 0.5 dollar olduğu zaman sahibkarlar tonlarla məhsulu
fermerlərdən satın alıb saxlayır, bir müddət sonra 10 dəfə artığına bazara çıxarırlar.
Bu da yalançı bahalaşma, yəni inhisarçılıq yaradır. Azərbaycana xurma ən çox
İrandan ixrac olduğuna görə baş verən bahalaşma da bununla əlaqəlidir.

Arif Salahov
İqtisadçı jurnalist

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...