Xurcun şokoladlar da satacaq
15:40 / 04.03.2020
2468
Quru meyvə və çərəz satışı mağazası Xurcun şokoladlar da satacaq.
Sfera.az xəbər verir ki, bunu Xurcun butiklər şəbəkəsinin sahibi Vüqar Məhərrəmov bildirb.
"Brend hər zaman inkişaf edir və genişlənir. Bu da məni çox sevindirir. Mağazada geniş çeşiddə təbii məhsullar var. Lakin bütün bunlarla yanaşı, butiklərimizdə Xurcun markası altında buraxılacaq şokoladlar da olacaq. Çox yaxın gələcəkdə müxtəlif çeşidli premium keyfiyyətli şokoladlar bütün butiklərimizin vitrinlərini bəzəyəcək”, - Vüqar Məhərrəmov deyib. (marja)