Cəmİyyət

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sər­hə­dini pozmasının qarşısı alınıb.

Sfera.az DSX-yə istinadən xəbər verir ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycandan Rusiya istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən tutulub.

Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahman­jon oğlu olması müəyyənləşib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AdRiver
loading...

XƏBƏR LENTİ