Xoşqədəmin verilişində ŞOK: Bacısını öldürən qatil efirə çıxdı, onu axtardı

Xoşqədəmin verilişində ŞOK: Bacısını öldürən qatil efirə çıxdı, onu axtardı

Lənkəran rayonunda 5 il əvvəl törədilmiş və bu günlərdə üstü açılmış qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Sfera.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, bacısı Təranə Ağayevanı qətlə yetirdiyini etiraf edən Nərimanabad qəsəbə sakini Fuad Ağayev hadisədən sonra onu axtarmaq üçün jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişə çıxıb. Digər bacısı ilə telekanala müraciət edən F.Ağayev qətlə yetirdiyi bacısının fotosunu nümayiş etdirib və onun tapılması üçün tamaşaçılardan kömək istəyib.

Bildirilir ki, Ağayevlər ailəsinin 10 övladı olub. Onlardan beşi oğlan, beşi isə qızdır. Fuad Ağayev və qətlə yetirdiyi Təranə evin ortancıllarından olub. Təranənin yoxa çıxmasından sonra anası xəstəliyə tutulub və çox keçmədən vəfat edib.

Kənd sakinləri, ailə və Fuad Ağayev barəsində müsbət rəy veriblər.

Maraqlıdır ki, F.Ağayev bacısını öldürüb basdırdığını dediyi yerdən heç bir insan qalığı və əlamətləri aşkarlanmayıb. O, sonradan bacısının meyitini çıxarıb dənizə atdığını desə də, bunu kiminlə etdiyini, hansı avtomobillə qalıqları dənizə apardığını deməyib.

Araşdırmalar davam etdirilir.

******

4 yanvar

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb.

Sfera.az-ın "Report"a istinadən xəbərinə görə, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.
Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.
F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.
Faktla bağlı araşdırmalar davam edir. 

**
15:40
Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına, ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

**
15:05
Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.
Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır. 

**
10:45
Lənkəran rayonunda 4 il əvvəl itkin düşən qızın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Sfera.az"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı, 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyiti basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR