Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu
 Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.

Belə ki, dekabrın əvvəlində "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.

Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.

Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...