“Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir” - “BP-Azerbaijan”ın vitse-prezidenti

“Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir” - “BP-Azerbaijan”ın vitse-prezidenti
 

"Xəzərin geologiyası sahəsində böyük mütəxəssis və ünlü alim akademik Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz bir şərəfdir”.


Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.


"Azərbaycanda apardığımız bütün işlərdə onun bizə qayğısını və dəstəyini daim hiss etmişik. O, öz inanılmaz bilikləri və əfsanəvi təcrübəsini bizimlə hər zaman səxavətlə bölüşüb və bu da 27 il ərzində Azərbaycanda birgə həyata keçirdiyimiz işlərin uğurlu olması üçün əvəzsiz töhfə olub. Akademik Yusifzadənin "uğurlu kəşfiyyat fəhmi” bizi illər boyunca ən düzgün yerdə düzgün laylarda qazma işləri aparmaq üçün düzgün qərarlar verməyə istiqamətləndirib. Xoşbəxt müəllim kimi Xəzərin əsl geoloji-kəşfiyyat qrossmeysterindən öyrənmək bizim üçün böyük şərəfdir”,- B.Aslanbəyli qeyd edib.

 

Qeyd edək ki, bu gün Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.
Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyevötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.


O, "İstiqlal", "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilib.


Ötən gün isə Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...