Xorvatiya Macarıstana 3 cavabsız qolla qalib gəldi - VİDEO - FOTO

Xorvatiya Macarıstana 3 cavabsız qolla qalib gəldi - VİDEO - FOTO

AÇ-2020-nin seçmə mərhələsində VII tura start verilib.

Sfera.az xəbər verir ki, E qrupunda Azərbaycan millisi oyun keçirməyib. Bu qrupda Xorvatiya Macarıstanı 3:0 hesabı ilə məğlub edib.

Digər görüşdə Slovakiya ilə Uels heç-heçəyə razılaşıb - 1-1.

Oktyabrın 13-ü Azərbaycan millisi Macarıstanın qonağı olacaq.

Xorvatiya - Macarıstan - 3:0

Qollar: Luka Modriç, 5, Bruno Petkoviç, 24, 42

 

Qeyri-dəqiq penalti: İvan Perişiç, 55 (Xorvatiya)

Qırmızı vərəqə: Laşlo Kleinheişler, 56 (Macarıstan)


 


OXŞAR XƏBƏRLƏR