İdman

Xorvatiya hökuməti futbol yığmasının qələbəsini belə qeyd etdi - FOTOLAR

Xorvatiya hökuməti futbol yığmasının qələbəsini belə qeyd etdi - FOTOLAR
Futbol üzrə dünya çempionatının yarım finalında İngiltərə millisinə 2-1 hesabı ilə qalib gələn Xorvatiya futbol yığması öz tarixində ilk dəfə finala çıxıb.

Sfera.az xəbər verir ki, milli yığmanın qələbəsi Xorvatiya hökuməti tərəfindən özünəməxsus şəkildə qeyd olunub. Baş nazir Andrey Plenkoviç və kabinet üzvü bütün nazirlər hökumətin iclasına millinin formaları ilə gəliblər. 

Baş nazir iclasa giriş sözündə finala çıxan Xorvatiya yığmasının tarixi uğurunun Xorvatiyanın tanınmasına böyük xidmət göstərdiyini bildirib:

"Dünən baş verənlərin ölkəmizin futbol tarixində bənzəri yoxdur. Zəfərimizin dost millətlər və qonşularımız tərəfindən də mənimsənildiyini və özü böyük olmasa da, ürəyi, cəsarəti və həyəcanı il böyük Xorvatiyanın gücünün göründüyünü düşünürəm”.
 
Baş nazir Xorvatiyanın 1998-ci ildə dünya çempionatında üçüncü yeri tutmasını da xatırladıb. O, finalda Fransa il qarşılaşacaq Xorvatiya millisinin dünya kuboku ilə geri qayıtmasını arzulayıb.

Rəsul
Sfera.az

XƏBƏR LENTİ