Ulduzlar Xocalı üçün paylaşdılar - Mübariz Mənsimovdan örnək addım - FOTOLAR

Ulduzlar Xocalı üçün paylaşdılar - Mübariz Mənsimovdan örnək addım - FOTOLAR
İllərdir yarası qaysaqlanan Xocalı qətliamını dünyaya çatdırmaq istəyirik. Bunun üçün yüzlərlə tədbirlər düzənlənib. Bu yolda neçə-neçə aydınımız mübarizə aparır.  Biz Xocalıdakı o dəhşətli anları dünyaya çatdırmaq istəyirik. Bu faciəni dünyaya çatdırırıq da...
 
Ancaq bir çox ölkələr bu faciəni anlasalar belə, erməniləri terroçu kimi qəbul etmirlər. Səbəblər bəllidir. İkili standartlar, xristinan-müsəlman yanaşması və yaxud erməni sevgisi...
 
Ancaq bu faciəni dünyaya çatdırmaq üçün neçə illərdir yola çıxan bir həmkarımız da var. Bütün çətinliklərə rəğmən, geri çəkilməyən, öz yolu ilə addımlayan bu faciəni dünyaya tanıtmaq, çatdırmaq istəyən həmkarımız...
 
İki gündür bütün Türkiyədə trendə çevrilən #Hocalıiçin və #Hocalıyaadalet həştəqləri ilə saatlarca Twitterdə birinci, #Hocalıiçinpaylaş ilə ikinci , #ShareforKhojaly və #ForKhojaly həştəqləri ilə  bu faciəni dünyaya tanıdan  kampaniyanın baş koordinatoru həmkarımız Aqil Ələsgərdir.  İki gündür bütün Türk dünyası Xocalı faciəsindən danışır. Bu Aqil Ələsgərin, Nihad Allahyarlı, Rəşid Mustafazadə başda olmaqla komandasının uğurudur. Təbii ki, belə bir proyektin uğur qazanmasında mühüm rol Palmali Şirkətlər Qrupunundur. Türkiyədə yaşayan iş adamı vətənsevər bir insan Mübariz Mənsimovun da bu yolda gördüyü işlər alqışlanmnalıdır.  Bütün  İstanbulun dörd bir tərəfi "Xocalı üçün Paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının bilboardları ilə bəzənibsə, əlavə şərhə ehtiyac yoxdur. Dünyada tanınan ulduzlar da məhz Mübariz Mənsimovun çağırışı ilə bu aksiyaya dəstək oldular. 
 
Bizdə bu çətin yolda haqq səsimizi dünyaya çatdıran insanlara dəstək olmalıyıq. Yolunuz açıq, uğurunuz bol olsun.








OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...