Xızıda toqquşan avtomobillərin sürücüləri arasında dava: 1 nəfər öldürüldü

Xızıda toqquşan avtomobillərin sürücüləri arasında dava: 1 nəfər öldürüldü

 Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.
 
Sfera.az APA-ya istinadən məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi "Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi "VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR