Cəmİyyət

Xızıda piyadanı maşın vurub öldürdü

Xızıda piyadanı maşın vurub öldürdü

Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzikənd ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazinin 72-ci km-də 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Vüsal Cəfər oğlu Bakı istiqamətində idarə etdiyi "Hyundai” markalı, 90 HX 047 nömrəli avtomaşınla yolu keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Xızı rayon sakini Abbasov Ceyhun Ülfət oğlunu vurub.

 

C.Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.(oxu.az)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930