Xırdalanda yeniyetmə və gənclər üçün maarifləndirici təlim keçirilib

Xırdalanda yeniyetmə və gənclər üçün maarifləndirici təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən "Yeniyetmə və gənclər arasında sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasını davam etdirir. 
Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. 
Layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində yeniyetmə və gənclərin iştirakı ilə növbəti maarifləndirici təlim keçirilib. Təlimdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi, keçirilmə səbəbi, nəzərdə tutulmuş məlumatlar barədə iştirakçılara ətraflı məlumat verib. 
Daha sonra Abşeron rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Emil Quliyev çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış və rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verərək təlimin iştirakçılarına uğurlar arzulayıb. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilib. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Abşeron rayonunun Xırdalan şəhərində ümumilli lider Heydər Əliyevin adını daşıyan parkda gənclər arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.
 



 


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...