Xırdalanda 4 tələbənin öldüyü dəhşətli faciədə GÜNAHKAR BİLİNDİ - ŞOK DETAL

Xırdalanda 4 tələbənin öldüyü dəhşətli faciədə GÜNAHKAR BİLİNDİ - ŞOK DETAL

Martın 15-də beş nəfər qadının meyiti aşkarlanan Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 2016-cı il aprelin 13-də "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildaxili qaz avadanlıqlarına texniki baxış xidməti işləri həyata keçirilib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, texniki baxış zamanı mənzildə İran istehsalı olan xüsusi sobanın quraşdırılması, vanna otağında qənaətli su qızdırıcısının tüstü borusunun qeyri-metal olması və hamam otağındakı qapının aşağı hissəsində hava dəliklərinin olmaması, həmçinin yataq otağında yivli birləşməli qaz xəttinin keçməsi aşkar olunub: "Yuxarıda qeyd edilən aşkar olunmuş həmin nöqsanlarla əlaqədar İran istehsalı olan xüsusi sobanın və qənaətli su qızdırıcısının qaz təchizatı xüsusi plombla dayandırılıb. Bununla bağlı elə həmin tarixdə, yəni 2016-cı il aprelin 13-də kirayəçi Niyaməddin Məmmədovun iştirakı ilə 0512181 saylı daxili qaz avadanlıqlarına baxış keçirilməsi haqqında akt tərtib edilib. Aktın doğruluğu təsdiq olduqdan sonra bir nüsxəsi kirayəçi Niyaməddin Məmmədova verilərək təbii qaz təchizatının yalnız aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqda bərpa ediləcəyi bildirilib".

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı "Qazdan istifadə qaydaları"nın təsdiqedilməsi haqqında qərarına uyğun olaraq, ötən ilin iyun ayına qədər mənzillərə texniki baxış "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilib.

Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı "Qazdan istifadə qaydaları"nda dəyişikliklər edilməsi barədə 29 aprel 2016-cı il tarixli 180 saylı qərarına əsasən mənzildaxili qaz kəmərlərinə və avadanlıqlarına texniki baxış keçirilməsi "Azəriqaz" İB-nin səlahiyyətlərinə daxil edilməyib.

Mənbə: Ölkə.Az


 

OXŞAR XƏBƏRLƏR

Bu bürcün nümayəndələri Aprel ayında maddi çətinliyi unudacaq

Rusiyalı astroloq Tamara Qloba iddia edir ki, aprel ayında Oğlaq bürcünün nümayəndələri maliyyə sahəsindəki çətinlikləri unudacaqlar. Sfera.az xəbər verir ...

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır. Sfera.az xəbər verir ki, bu b...

Dünyanın Ən Böyük Ailələri

Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.   Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.    1. Zio...

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...