XİN: "Misirin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi prinsipial xarakter daşıyır"

XİN:

Xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Sfera.az bildirir ki, nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. İki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirilib.

E.Məmmədyarov Azərbaycan və Misir arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, iqtisadi gündəliyin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı haqqında danışaraq, bu xüsusda 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.

Görüşdə həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

E.Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Nazir Misirin ərəb və İslam dünyasında mühüm rola malik olduğunu bildirərək, birgə səylərlə İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğuladı. O, bu xüsusda gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti haqqında danışdı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına məlumat verən E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır. Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

S.Şükri həmkarı E.Məmmədyarovun rəsmi səfərinin Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib və hökumətlərarası birgə komissiyanın noyabrda keçirilməsi planlaşdırılan iclasının bu xüsusda mühüm əhəmiyyət kəsb etdiyini deyib.

O, Misirdə Süveyş kanalının inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirildiyini bildirərək, Azərbaycanı da bu istiqamətdə yaradılan logistika imkanlarından faydalanmağa çağırıb.

S.Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipal xarakter daşıdığını və bu məsələdə beynəlxalq legitimlik və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirib. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğulayıb.

E.Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.

Səmimi şəraitdə keçən görüşdə həmçinin parlamentlərarası əməkdaşlıq, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması kimi məsələlər də müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...