XİN-dən Avropa Parlamenti deputatına - Cavab

XİN-dən Avropa Parlamenti deputatına - Cavab

İşğal olunmuş ərazilərə səfər etmiş Avropa Parlamentinin deputatı Yaromir Ştetinanın Azərbaycana qarşı açıqlamaları milli və dini zəmində təfriqətçiliyin artmasına xidmət göstərir.

Sfera.az xəbər evrir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Y. Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.

"Ştetina Avropa parlamentinin üzvü olaraq erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərir və birtərəfli şəkildə erməni lobbisinin təbliğatını həyata keçirir. O özünün bu fəaliyyəti ilə regionda vəziyyətin gərginləşməsinə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində mane olacaq xidmətlər göstərir. Stalinizm dövrünə toxunan Ştetinaya bildirmək istərdik ki, Ermənistanda olan hakim rejim mahiyyəti və əməlləri ilə Stalin rejimindən daha qəddar və terrorçu təbiətə malikdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın törətdiyi qanlı etnik təmizləmə, Xocalı soyqırımı o cümlədən 4 iyulda azyaşlı qız və onun nənəsinin öldürülməsi bunun bariz nümunələridir”.

H. Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: "Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.

H. Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək Y. Ştetinaya, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...