Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı

Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı
 Huawei şirkəti öz rəqibləri olan Apple və Samsung-u tez-tez trollamağı sevir. Belə ki, Huawei həmin şirkətlərin cihazlarındakı mənfi özəllikləri qeyd edərək öz smartfonlarındakı üstünlükləri ön plana çəkir. Lakin bu dəfə troll qurbanı məhz Huawei olub. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Huawei şirkətini Xiaomi trollayıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət qlobal bazarda Mi 10 və Mi 10 Pro modellərini təqdim etmişdi.

Mi 10 Pro-nun Avropa bazarındakı qiyməti Huawei P40 Pro ilə eynidir. Lakin Mi 10 Pro-nun bir üstünlüyü var. Təbii ki, söhbət, Google servislərindən gedir. Biz bilirik ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz yeni smartfon modellərinə Google servislərini inteqrasiya edə bilmir. Google servislərinin yerinə Huawei şirkəti AppGallery tətbiqlər mağazasını və Huawei Mobile Services servislərini təqdim edir.
 
Xiaomi isə bu məsələdə öz üstünlüyünü diqqətə çatdırmaq üçün Mi 10 Pro modelinin qutusunda "with easy access to the Google apps you use most" (sizin ən çox istifadə etdiyiniz Google tətbiqlərinə rahatlıqla giriş ilə) yazısını qeyd edib. Təbii ki, yazıda Huawei şirkətnin adı çəkilmir. Lakin ad olmasa da Xiaomi-nin verdiyi mesajın kimə ünvanlandığı tam aydındır.

OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...