İqtİsadİyyat

“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir

“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
Kapital Bank Ukraynanın qabaqcıl banklarından olan Privat Bank ilə "Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb. Artıq müştərilər Privat Bank-ın çoxsaylı (2500 artıq məntəqə) filiallarında "Xəzri” sistemində köçürmə və ödəniş əməliyyatları apara bilərlər. Köçürmələrə görə müştərilərdən 1% (minimum 2 USD/EUR) komissiya haqqı tutulur.

Əlavə olaraq Ukrayna ərazisində yerləşən Kapital Bank-ın çoxsaylı partnyolarının (Oşadbank, Praveks Bank, Akkordbank, Kristalbank və İbox Bank) məntəqələrində də "Xəzri” sistemi ilə əməliyyatların aparılması mümkündür. 

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı və MilliÖn ödəniş terminalları vasitəsilə etmək mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankların filiallarından komissiyasız nağdlaşdıra bilərlər. Ölkədaxili köçürmələrə görə müştərilərdən 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. 

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. 2018-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930