Xəzərə düşən MİQ-29-un itkin pilotu tanınmış şəxsin kürəkənidir

Xəzərə düşən MİQ-29-un itkin pilotu tanınmış şəxsin kürəkənidir
Ötən gecə Xəzər dənizində Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşən pilot tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Sfera.az xəbər verir ki, sabiq müşavir faktı "redaktor.az"a təsdiqləyib. Q. Hüseynlinin sözlərinə görə, axtarışlar davam etdirilir:

"İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır. Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Axtarışlar davam etdirilir”

OXŞAR XƏBƏRLƏR