Xəzərdən çıxarılan MİQ-29 qırıcısının İLK GÖRÜNTÜLƏRİ

Xəzərdən çıxarılan MİQ-29 qırıcısının İLK GÖRÜNTÜLƏRİ
Xəzərə düşən MİQ-29 təyyarəsinin axtarışlarına cəlb olunan Türkiyə Milli Müdafiə Nazirliyi yeni görüntülər yayıb.


Sfera.az xəbər verir ki, MİQ-29-un fraqmentləri ROV cihazı (Uzaqdan idarə olunan sualtı robotlar) vasitəsilə aşkarlanaraq görüntülənib və sudan çıxarılıb.


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.


Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür. 

 

OXŞAR XƏBƏRLƏR