Xəzərdəki bu görüntülər hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO

Xəzərdəki bu görüntülər hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO
 

Qazaxıstanın cənub-qərbində Xəzər dənizinin sahili al qırmızı rəngə boyanıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Xabar24" telekanalı məlumat yayıb.

Xəzərin rənginin dəyişməsi Aktau sakinlərini qorxudub.

Ekoloqlar isə insanları sakitləşdirərək vəziyyətin qorxulu olmadığını açıqlayıblar. Məlumatlara görə, bu, təbii hadisədir və hər il müşahidə edilir. Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunlarla əlaqələndirirlər. Belə ki, bol çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar.

Manqıstau əyalətində Ekologiya Departamentinin Laboratoriya-Analitik Nəzarət bölməsinin rəhbəri Rauşan Tulepova bildirib ki, 2017 və 2018-ci illərdə də bu hal olub:

 

"Xəzər dənizinə qızartını yosunlar verir, onların 25-dən çox növü var: laurensiya, polisifoniya, melobeziya və başqaları. Onlar dayazlıqda artırlar və suya belə çalar verirlər. Yanvarda monitorinq keçirirdik, artıq suyun səthində qızartılar vardı. Əgər, sahil boyunca gəzsəniz, görərsiniz ki, qışda Xəzərin qırmızı rəngə boyanması daha nəzərəçarpan olur. Çünki yosunların çiçəkləmə dövrü qış aylarına təsadüf edir".




OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...