Xəzərdə batan şəxsin kimliyi BƏLLİ OLDU
13:13 / 29.03.2017
470
Kür çayının Xəzər dənizinə qovuşan hissəsində batan şəxsin kimliyi məlum olub.
BiG.AZ xəbər verir ki, bu barədə Neftçala rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Mayak kəndi ərazisində, Kür çayının Xəzər dənizinə tökülən hissəsinə yıxılaraq boğulan şəxs rayon sakini İsmayıl Əsədovdur. O, suya düşərkən sərxoş vəziyyətdə olub.

Hazırda onun meyitinin tapılaraq sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.