Xəzər dənizində işlər dayandırıldı
10:35 / 22.04.2016
841
"Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki yataqlarda işləyən işçilərinə həmişə olduğu kimi əvvəlcədən meteoxəbərdarlıq olunub".
Sfera.az bildirir ki, bunu report-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır.