Xəstəxanaya gedən qadını səhvən abort etdilər

Xəstəxanaya gedən qadını səhvən abort etdilər

Cənubi Koreyada iki qadın xəstə səhv salınaraq abort edilib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, Cənubi Koreyada həkim abort olmaq üçün xəstəxanaya gələn qadınla, iynə vurdurmaq istəyən pasienti səhv salaraq abort edib.

"Korean Times"ın verdiyi xəbərə görə, səhv salınan xəstənin yerinə 6 həftəlik abort olunmağı gözləyən qadın olub. Abort olunacaq qadın üçün nəzərdə tutulan narkoz iynəsi, digər xəstəyə vurulub. Həkimdə xəstənin şəxsi məlumatlarını oxumadan həmin qadını abort edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Həkim və tibb bacısı polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Cənubi Koreyada təcavüz və xəstəlik kimi hamiləlik hallarından başqa abort qadağandır.


OXŞAR XƏBƏRLƏR