\"Xəstəlik qonşu ölkələrdə olarsa, Azərbaycana da keçə bilər\" - Baş infeksionist

\

Azərbaycanda ötən il dekabrın sonu və bu il yanvarın əvvəlində kəskin-respirator virus infeksiyalarına yoluxma halları daha tez-tez təsadüf olunsa da, hazırda yoluxma azalıb.


Sfera.az xəbər verir ki, bunu trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.


Baş infeksionist bu baxımdan vəziyyəti yaxşı dəyərləndirib:


"İnfeksiyaya yoluxanların hamısının qrip olduğunu demək düzgün deyil. Amma qrip də istisna edilmir. Əgər xəstəlik qonşu ölkələrdə olarsa, təbii ki, Azərbaycana da keçə bilər. Amma qripə yoluxmanın olduğunu demək üçün insanda simptomlarla yanaşı, xəstəliyə səbəb olan virus da tapılmalıdır. Laborator müayinələr əsasında xəstələrin hansı virusa yoluxduğu dəqiq şəkildə müəyyən edilməlidir, yalnız bundan sonra xəstəliyin hansı virus tərəfindən törədildiyini demək olar".


C.İsayev bu ilin payız-qış mövsümü ərzində Azərbaycanda heç bir xəstəyə qrip diaqnozunun qoyulmadığını da söyləyib.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...