Xəstələrin canına və puluna qənim kəsilənlər: Necə oldu ki, \"dərman mafiyası\" efirlərdə əl-qol açdı? - ŞƏRH

Xəstələrin canına və puluna qənim kəsilənlər: Necə oldu ki, \
Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq "dərman mafiyası" qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yayıb. Mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olaraq insanların sağlamlığını təhlükəyə atıblar. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərdən biri də ötən gün gündəm yaradan tanınmış ginekoloq Natiq Məhərrəmovdur. Öncə pediatr, daha sonra isə ginekoloq kimi fəaliyyətə başlayan N.Məhərrəmovun həbs edilənlərlə əlbir olduğu bildirilir. Mütəmadi olaraq onlardan pul alaraq şirkətin dərmanlarını satmaqla məşğul olan N.Məhərrəmovla olan 1000 manatlıq ödəniş prosesi gizli kamerayla çəkilib. 

Natiq Məhərrəmovun adı bir çoxlarımıza tanışdır. Biz onun adını daha çox ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən” verlişində eşitmişik. Adıçəkilən verilişdə Natiq Məhərrəmov tez-tez reklam edilərək peşəkar həkim kimi təqdim edilirdi.

Lakin bu ilk belə nümunə deyil. Təəssüflər olsun ki, bu gün Azərbaycanda efir məkanı "həkim”lərin, "dərman mafiyası"nın reklamı ilə məşğuldur. Maraqlıdır, efirdə savadlı, peşəkar adı ilə təqdim olunan bu həkimlərə nəyə əsasən belə "titul”lar verilir? Həkimlərin işi, onların bilikləri araşdırılmadan müəyyən məbləğ qarşılığında razılıq əldə edilərək efirlərə dəvət edilirlər. Həkimlərlə yanaşı bu gün biz efirlərdə ən çox rekalmı gedən məhsullar sırasında dərmanları, müxtəlif "türkəçarə” adlanan məhsulları görə bilərik. 

"Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli Sfera.az-a açıqlamasında bildirib ki, son zamanlar xüsusən də onlayn media qurumlarında sağlamlıqla bağlı reklam materialları yayımlanır:
 
"Dərmanlar, "türkəçarə”lər haqda reklamlar geniş yayılır. Çox təəssüflər olsun ki, bu zaman reklamla bağlı olaraq KİV haqqında qanunun tələbləri ciddi şəkildə pozulur və cəmiyyətdə yanlış tendensiya formalaşır. Reklam və KİV haqda qanuna əsasən hansısa məhsul haqda reklam gedərsə, onun reklam olduğu bildirilməlidir. Yəni, bildirilməlidir ki, KİV bu mətnin məzmununa görə məsuliyyət daşımır”. 

M.Ələsgərli bildirib ki, bu gün bəzi həkimlərin, vəkillərin ekspert kimi təqdim edilməsi mənfi tendensiyadır:
 
"Artıq bu ənənə geniş şəkildə yayılmağa başlayıb. Həkimlərlə yanaşı bu gün vəkillərin də təbliğatı həyata keçirilir. Onlar verilişdə daha çox işlədikləri müəssisəni və öz işlərini təbliğ edirlər. Bu zaman isə auditoriyanı özlərinə yönləndirirlər. Bu səbəbdən media qurumu bu cür mövzularda ehtiyatlı olmalı və əhalini çaşdırmamalıdır”.

M.Ələsgərlinin sözlərinə görə, bu cür şəxslərdən zərərgörmüşlər müvafiq qurumlara müraciət edərək şikayətlərini bildirməlidirlər.

Hüquqşünas-ekspert Türkel Süleymanlı da həkim və dərmanların reklamının qanuna zidd olduğunu bidirib:

"Bu gün anomal həddə efirdə tibb müəssisələrinin, həkimlərin, dərmanların reklamını görürük. İstənilən telekanalda bu cür reklamları görə bilərik. Gecə-gündüz telekanallarda dərmanların, "türkəçarə” məhsulların reklamı gedir. Bu cür reklamlar qeyri-qanunidir. Hər hansı həkimi efirə dəvət edəndə telekanal rəhbərliyi onun diplomunun olub-olmaması, işi ilə maraqlanırmı? Xeyr, təəssüflər olsun ki, bu gün telekanallarımız kommersiya fəaliyyətini önə çəkib. Bu cür fəaliyyət cinayət məsuliyyəti yaradır”.

T.Süleymanlı bildirib ki, bu gün firmaları, onların kimlərlə işlədiklərini araşdırsalar, bu siyahıya başqa həkimləri də əlavə etmək olar:
 
"Fikir verin, həkimlər resept yazarkən öz nömrələrini də həmin kağızın üzərində qeyd edirlər. Əlbəttə ki, aptek və firmalarla əməkdaşlıq etdikləri üçün bu cür davranırlar. Yəni, xəstənin canından və pulundan istifadə edirlər”

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...