“Xəritələrdə işğaldan azad etdiyimiz ərazilərin adları...” – Osman Gündüzdən açıqlama

“Xəritələrdə işğaldan azad etdiyimiz ərazilərin adları...” – Osman Gündüzdən açıqlama
"Beynəlxalq xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə- Azərbaycan və erməni dillərində verilir”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
 
O bildirib ki, Nazirlər Kabineti  "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən, qlobal resurslarda milli coğrafi adlarımızın  təhrif olunmasının qarşısının alınması istiqamətində XİN əlaqəli qurumlarla birgə  addımlar atmalıydı:

"Lakin göründüyü kimin bu istiqamətdə rəqəmsal milli data hazır olsa da, onun tətbiqi istiqamətində   atılan addımlar hələlik yetərli olmayıb. Bildiyim qədər hazırda XİN bu istiqamətdə işləri davam etdirir. Bu qurum qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir.  Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir”.

O.Gündüz deyib ki, internet istifadəçilərinin də təhrif olunan coğrafi adlarla bağlı qlobal xəritə şirkətlərinə müraciətlər etməsi  faydalı olardı: "Düşünürəm ki , işğaldan azad edilmiş rayonlarımızın adlarının da azad edilməsi, düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada doğru istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...