Xərçəngin qurbanı olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI

Xərçəngin qurbanı olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Ankara şəhərində vəfat edib. Sənətçi bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. İstər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri, ən dəhşətlisi məhz xərçəngdir. Aygün Bəylər kimi bu xəstəliyin qurbanı olan bir sıra tanınmış simalar var.

 

Sfera.az bu xəstəliklə mübarizə aparan, lakin dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:

 

Xərçəngin qurbanı olan məşhurlar sırasında “Toppuş bacı” kimi tanıdığımız aktrisa Tünzalə Əliyevanın adı yer alır. O, 22 yanvar 2023-cü il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Ötən il vəfat edən digər məşhurlardan biri tanınmış aparıcı Natəvan Babayeva da uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Uzun illər ANS-də çalışmış jurnalist 20 iyul 2023-cü ildə vəfat edib.

 

Xalq artisti Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkib. O, 20 fevral 2023-cü il tarixində 67 yaşında vəfat edib. 


Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.


Xalq şairi Vaqif Səmədoğlu da bu xəstəliyə yoluxanlar sırasında yer alır. Şair mədə xərçəngindən əziyyət çəkirdi. O, 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.


Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. O, 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib.


Xərçəng xəstəliyindən əziyyət çəkən daha bir məşhur sima Xalq artisti Rafiq Hüseynov olub. O, oktyabrın 26-da müalicə aldığı Almaniyada dünyasını dəyişib.


Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Fuad Poladov 4 may 2018-ci ildə 69 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.


Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub da uzun illər bu xəstəlikdən müalicə alıb. O, 2019-cu ildə 62 yaşında dünyasını dəyişib.
Xalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Bir neçə dəfə əməliyyat edilsə də, 2016-cı il dekabrın 25-də 66 yaşında vəfat edib.


Xalq artisti, Rus Dram Teatrının aktrisası Nataliya Tağıyeva da bu xəstəliyin qurbanı olub. Bir neçə dəfə müalicələr alan aktrisa 2005-ci ildə 51 yaşında dünyasını dəyişib.


Azərbaycanın Əməkdar artisti Xanım Qafarova süd vəzi xərçəngindən əziyyət çəkib. O, 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunub.

 

Günay


 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...