Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM

Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Türkiyənin KTO Karatay Universiteti Tibb Fakültəsinin professoru Mutlu Dəmiray xərçəngin müalicəsində inqilaba imza atmaq üzrədir.

Sfera.az xəbər verir ki, professor sarıkökdən əldə edilən "curcumin” molekulundan dərman hazırlayıb.

Mutlu Dəmirayın məqsədi təbii və ənənəvi üsullarla yeni texnologiyanın gücünü birləşdirmək, bu yolla xərçəngin müalicəsini tapmaq və böyük dərman firmaları ilə rəqabət aparmaqdır:

"Təxminən, 6 ildir ki, sarıkökün xərçəngin müalicəsində istifadə edilməsi ilə bağlı sınaqlar keçiririk. Sarıkökün xərçəngə qarşı istifadədə yararlı olduğunu minlərlə sınaq nəticəsində sübut etdik. Sarıköklə xərçəngin müalicəsində istifadə olunan dərmanı birlikdə istifadə etdik və uğurlu nəticə alındı. Lakin həmin dərmanı təkbaşına istifadə edəndə eyni nəticə əldə edilmədi. Sarıkökün tərkibindəki "curcumin” maddəsi qana keçmir, yağda əriyir. Bunu birbaşa damara verəcək və ya qana keçirəcək formulu əldə edə bilsək, sarıkök xərçəngdə daha çox işə yarayacaq”.

Professor bildirib ki, sarıkökdən hazırlanan formulu kütləvi istifadə etmək üçün patent alacaq.
 
Publika.az//

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...