Xələf Xələfov Nazirlər Kabinetindən ayrıldı - AÇIQLAMA

Xələf Xələfov Nazirlər Kabinetindən ayrıldı - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi. Bəs X.Xələfov nazir müavini vəzifəsi ilə bərabər, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini də daşıyacaqmı?

 

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bildirib ki, bundan sonra X.Xələfov nazir müavini kimi fəaliyyət göstərəcək: "Artıq X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib. Qanunvericiliyə görə, o, iki vəzifəni tuta bilməz. Bundan sonra Xələf müəllim nazir müavini vəzifəsində fəaliyət göstərəcək".

 

Leyla Abdullayeva həmçinin bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...