“Xədicə İsmayılla Əli Kərimli “siyasi məhbus” siyahısına görə İran kəşfiyyatından pul alıb\"

“Xədicə İsmayılla Əli Kərimli “siyasi məhbus” siyahısına görə İran kəşfiyyatından pul alıb\

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı yerli mətbuata müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik. 

Niyaməddin bəy,  son günlər Əli Kərimli ilə Xədicə İsmayıl arasında ciddi şəkildə söz savaşının getdiyi müşahidə edilir.  Sizcə, bu problem nədən və haradan qaynaqlanır? 
Artıq demək olar ki, Xədicə İsmayıl türmədən çıxandan sonra özünü radikal müxalifətin əvəzedilməz "avtoriteti” sayır. Düşünür ki, Əli Kərimli, Cəmil Həsənli və başqaları buna tabedir. Bunun dedikləri qanundur.  Xədicə İsmayılın özünü bu cür aparmasının əsas səbəbi onun Qərblə, xüsusən də Amerikada olan bir neçə rəsmi şəxslərlə əlaqələrinin olmasıdır. Düşünür ki, kim özünü pis aparırsa Xədicə həmin şəxsi "cəzalandıra” bilər.  Sizə deyim ki, artıq Əli Kərimli də, Cəmil Həsənli də Xədicə İsmayıldan qorxur, ehtiyat edir. Əslində əsas baş verən hadisəni nəzərdən qacırırsınız. İndiki mərhələdə  çox maraqlı bir hadisənin şahidi oluruq. Bilirsiniz ki, bir neçə gün bundan öncə Əli Kərimli, Cəmil Həsənli və Oqtay Gülalıyev birgə əməkdaşlıqla hazırladıqları Azərbaycanda 166 nəfər "siyasi məhbus” olmasına dair  bəyanatla çıxış etdilər. Və bunlar bu siyahını Avropa təşkilatlarına və Qərb dairələrinə təqdim edəcəklərini açıqladılar. Bu hadisədən dərhal sonra isə  Xədicə İsmayıl və onun ətrafında olan bir sıra şəxslər 94 nəfərlik "siyasi məhbus” sıyahısının və 45 nəfərin də  işinin  araşdırılmasına dair məlumatlar yaydılar. Əli Kərmlinin siyahısında 166 nəfərin, Xədicə İsmayılın sıyahısında isə 94 nəfərin olmasını gündəmə gətirdilər. Əslində, ictimaiyyət bu adamların bir-biri ilə "savaşının” və qarşılıqlı "ittihamlarının”, xüsusən sosial şəbəkədə həm Xədicə İsmayıl, həm də Əli Kərimli narazılıqlarının görüntüsünü müşahidə edirlər.  Ancaq  Xədicə İsmayılla Əli Kərimli ictimaiyyəti əsas hədəfdən  çox məharətlə yayındırırlar. Siz onların təqdim etidyi siyahıya baxın. Deməli, Əli Kərimlinin təqdim etidyi 166 nəfərlik siyahıda 120 nəfər Nardaran hadisələrinə görə həbs olunmuş və İslam Partiyası adı altına fəaliyyət göstərən bir sıra şəxslərdir. Xədicə İsmayılın 94 nəfərlik siyahısında isə 60 nəfərə yaxın şəxs məhz Nardaran hadisələrinə görə həbsə atılanlardı. Bu  şəxslərin böyük əksəriyyətinin hal-hazırda məhkəmə prosesi gedir. Hər kəs yaxşı bilir ki, Nardaran qəsəbəsində yaşayan bir qrup insan uzun illər idi ki,  İran İslam Respublikasının xüsusi xidmət orqanlarının təsirində idilər  və onlar ələalınmış şəxslərdir. Əsas fikri buna yönəltmək lazımdır. Necə olur ki, özlərini Qərbyönümlü siyasətçi kimi aparan Əli Kərimli və ya Xədicə İsmayıl birdən birə İranın təsir dairəsində olan şəxsləri "siyasi məhbus” adalandırırlar?! Şəxsən tam əminəm ki, həm Xədicə İsmayıl, həm də Əli Kərimli bu sıyahını bəyan etmək üçün İran dövlətinin xüsusi xidmət orqanlarından maliyyə alıblar! Onlar pul almasa idilər, 120 nəfəri, İranın təsirində olan şəxsləri "siyasi məhbus” adalandırmazdılar! Buna kimsə də inanmaz ki, dediyim kimi özlərini bu günə kimi Amerika yönümlü adalandıranlar və hər zaman Qərb maraqlarını qoruyan bu insanlar birdən birə Amerikanın düşməni olan İran dövlətinin təsirində olan və onun əlaltıları olan Taleh Bağırzadə kimi şəxsləri "siyasi məhbus" kimi beynəlxalq təşkilatlara təqdim edirlər. Məncə, istimaiyyət əsas istiqaməti buna yönəltməlidir. Hər iki şəxs isə, ola bilsin ki, məqsədli şəkildə özləri arasında süni "qarşıdırma” yaradıblar ki, ictimaiyyəti əsas fikirdən yayındıra bilsinlər. Məncə, bu adamlar kifayət qədər maliyyə qazanıblar. Pul olmasa idi, heç vaxt nə Əli Kərimli, nə də Xədicə İsmayıl bu prosesə qoşulardı...



Xədicə İsmayıl həbsdən çıxanda Əli Kərimli buna görə Azərbaycan xalqını təbrik edib və Xədicənin azadlığa çıxmasını demokratiyanın qələbəsi adlandırmışdı. Belə çıxır ki, Əli Kərimli üçün demokratiya anlayışı onun şəxsi maraqlarına toxunanda bitir?
Hər iki şəxsi uzun illərdi tanıyıram. Xədicə İsmayıl hər zaman Əli Kərimlinin təblığatçısı olub. O "Yurd”un mətbuat şəbəkəsinin başında durub. Hətta Əli Kərimliyə görə, mərhum Əbülfəz Elçibəyin təhqir edilməsi prosesinə başcılıq edib. Onun nufuzuna zərbə vurmaq üçün xeyli yazılar yazıb. Təbii ki, Kərimlinin tapşırığı əsasında. Məncə, yuxarıda dediyim kimidir, bu, bir oyundur. O da mümkündür ki, aldıqları pulu düz bölə bilmirlər. Əli Kərimli çox simic adamdır. Pul verməklə arası yoxdur. O, pul almağı xoşlayır. Yəqin  Xədicə İsmayıl onu qane edəcək səviyyədə pul ala bilməyib. Bunu da mümkün sayıram...
-Bəs Xədicə İsmayılla Cəmil Həsənli arasında problemin kökündə nə dayanır?
Xədicə İsmayıl Cəmil Həsənliyə Əli Kərimlinin şöbə müdiri kimi baxır. Onu bir o qədər də ciddiyə almır. Bilir ki, Cəmil Həsənli elə bir şəxsdir ki, bir az maddi təminatı və siyasi maraqları təmin edilsə, yenidən indiki hakmiyyətin alovlu kitab yazanlarından biri olacaq. Yenə Cəmil Həsənli prezident İlham Əliyevin şəninə kitablar yazacaq. İlham Əliyevi Qafqazın lideri adalandıracaq. Bu illər ərzində Cəmil Həsənli siyasi mövqeyini dəfələrlə dəyişib. AMİP-dən Milli Şuraya qədər... Cəmil Həsənlinin keçdiyi yolu Xədicə İsmayıl çox yaxşı bilir. Ona görə də, ona önəm vermir...
-Ümumiyyətlə, bu söz savaşı Əli Kərimli barədə yeni məlumatların ortaya çıxmasına gətirib çıxararmı?
Məncə, Əli Kərimli bu müsahibəmdən sonra çalışacaq ki, müxtəlif yollarla da olsa, İran məsələsinin üstündən keçsin. Bilirsiniz mən özüm həm də vətəndaş cəmiyyəti rəhbəriyəm. Məhkəmə hökmü olmayan məhbusu bunlar necə siyasi məhbus saya bilərlər? Çox gülünc bir ittihamdır. Beynəlxalq təşkilatlar da əsasən buna fikir verməlidirlər. Bir siyasi təşkilat rəhbərinin bu işə qoşulması araşdırılmalıdır. Beynəlxalq qurumlar heç vaxt partiya rəhbərinin təqdim etidyi siyahını ciddiyə almamalıdır. Siyasətçinin mövqeyi olur. Onun veridiyi siyahı reallığı əks etdirə bilməz... 
Bu Əli Kərimli və Milli Şura üçün ciddi zərbə ola bilərmi? 
Əli Kərimli üçün əsas hədəf pul qazanmaqdır. Həm diplomatik korpusdan, həm beynəlxalq təşkilatlardan. İndi də qoşulub məhbus alverinə. İnanın ki, Əli Kərimlinin bir manat qazancı olmasa idi, 120 nəfər "inanclı”, əslində isə İranın xüsusi xidmət orqanlarının "verobovka” etdiyi şəxsləri "siyasi məhbus” adalandırmazdı. Taleh Bagırzadənin İran ayətullahlarının əlllərindən öpməsinin video görüntüsünü çox adam görüb. Sonda onu da deyim ki, Əli Kərimlinin vaxti ilə ən yaxın silahdaşı olan Qənimət Zahidi İrana göndərməsi də çox adamın yadından çıxmayıb. Görünür bu məsələdə də köhnə əlaqələr öz sözünü deyir...

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...