Xəbərdarlıq: hakerlərin hücumu gözlənilir

Xəbərdarlıq: hakerlərin hücumu gözlənilir

Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, məşhur videopleyerlərdə məsafəli kod yerinə yetirməyə imkan verən mövcud boşluq aşkar olunub.

Videopleyerlər filmlər üçün subtitrli faylları yükləyirlər və təkmilləşdirirlər, bu da hakerlərə kodu yerinə yetirməyə və hücum edilən sistem üzərində nəzarəti əldə etməyə kömək edə bilər. "Check Point” şirkətinin ekspertləri bildirdikləri kimi, cinayətkarlar qurbanı öz pleyerində xüsusi şəkildə konfiqurə olunmuş faylı açmağa məcbur edə bilər və bununla da onun kompüteri üzərində nəzarəti ələ keçirə bilər.

Mövcud boşluqlar "Kodi”, "VLC”, "Popcorn Time” və "Stremio” kimi populyar videoyayım platformalarına toxunur.

"Check Point”in məlumatına görə, hazırda boşluğa məruz qalan proqram təminatını təxminən 200 mln. videopleyer və strimerlər istifadə edir. "VLC” və "Popcorn Time” da problem artıq düzəlib, "Kodi” və "Stremio” isə patç üzərində hələ də işləyir. Ekspertlər mövcud boşluqların olmasını yalnız yuxarıda adları çəkilən platformalarda testdən keçiriblər, lakin digər pleyerlərdə də onun mövcudluğunu istisna etmirlər. İstifadəçilərin əksəriyyəti subtitrləri məlumat saxlanan xüsusi yerdən alır, ora isə istənilən şəxs zərərverici faylı yükləyə bilər. Portallar subtitrləri cinayətkarların xeyrinə olan populyarlığa görə sıralayır”, - deyə məlumatda qeyd olunur. (apa)

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...