Xatun: “Qoy, özümü söysünlər, amma övladıma, qardaşıma söz deyilməsin”

Xatun: “Qoy, özümü söysünlər, amma övladıma, qardaşıma söz deyilməsin”

"Gəlinlik geyinməyi çox istəyirəm”.

Sfera.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında məşhur müğənni Xatun Əliyeva deyib.

Sərt açıqlamaları və şillə kimi ismarıcları ilə şou əhlinin canına vəlvələ salan sənətçi ikinci dəfə ailə qurmayacağını dilə gətirdi:

"Əslində, gəlinlik geyinmişəm. Bir çox şeyləri etmək istəyirəm. Ammalar var... Mənim böyük oğlum var. Məhz bu səbəbdən yenidən ərə getməyə utanaram”.

Oğlunu kameralardan gizlədən Xatun bundan sonra da onu şou-biznesdən uzaq tutacağını söylədi:

"Şou-biznezdə haqsızlıqlara və təhqirlərə məruz qalıram, fikirləşirəm ki, qoy, özümü söysünlər, amma övladıma, qardaşım stilist Balaşa bir söz deyilməsin.

Sosial şəbəkələrdə tanımadığımız insanlar tərəfindən yaxşı və ya pis müzakirə olunuruq. Amma pis daha çoxdur. Müzakirələrin içində olmağımı, inanın ki, heç özümə də qıymıram. Bunları görüb, özüm-özümə deyirəm ki, nə yaxşı ki oğlumu hamıdan gizlətmişəm. İnsanların ağızlarına oğlumu yem etməmişəm ki, onun barəsində xoşagəlməz sözlər yazmasınlar. Öz reklamıma görə oğlumu önə çıxarmayacağam”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR