Xarkovda azərbaycanlı həmyerlisinə atəş açıb qaçdı - VİDEO

Xarkovda azərbaycanlı həmyerlisinə atəş açıb qaçdı - VİDEO

Xarkovda iki azərbaycanlı arasında atışma ilə nəticələnən qarşıdurma baş verib. Hadisə noyabrın 5-də Xarkovda "Studentkaya” metrostansiyasının yaxınlığındakı idman klubunun yanında baş verib.

Sfera.az xəbər verir ki, azərbaycanlılardan biri, 30 yaşlı zərərçəkən hazırda xəstəxanadadır. 36 yaşlı digər şəxs isə polis tərəfindən axtarılır.

 

 Zərərçəkən qarın, qol və ayaqlarından xəsarət alıb, vəziyyəti ağırdır. Atışma zamanı "Mitsubishi” markalı avtomobil də atəşə tutulub.

Hadisə yerinə gələn polis şahidlərdən 14 nəfəri istintaqa cəlb etsə də, onlar hazırda sərbəst buraxılıb. Cinayətkar isə hələ də azadlıqdadır və axtarılır.(oxu.az)



OXŞAR XƏBƏRLƏR