Xaricilər Azərbaycandakı banklardan əmanətlərini geri çəkirlər

Xaricilər Azərbaycandakı banklardan əmanətlərini geri çəkirlər
 Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 mln. manat və ya 2,1% azalaraq noyabrın 1-nə 766,6 mln. manat təşkil edib.

Sfera.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Qeyri-rezidentlərin əmanətlərinin 54,9 mln. manatı və ya 7,2%-i milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Noyabrın 1-nə fiiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 mln. manat və ya 3,7% artım deməkdir. 
Əmanətlərin 2 189,6 mln. manatı və ya 30,1%-i milli valyuatada, qalanı xarici valyutada yerləşdirilib.

Hesabaata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində azalma olsa da, rezidentlərin əmanətlərinin həcmi oktyabrda 274,4 mln. manat və ya 4,4% artaraq noyabrın 1-nə 6 513,5 mln. manata çatıb. Rezidentlərin əmanətlərinin 2 134,6 mln. manatı və ya 32,8%-i milli valyutada saxlanılır.

OXŞAR XƏBƏRLƏR

Hərbi xidmətə aprel çağırışı YEKUNLAŞIR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...