\"Xaricdən gətirilən məhsulların üzərinə yüksək rüsum qoyulmalıdır\" - Musa Qasımlı

\
"Yerli və yüngül sənayeni inkişaf etdirməyə xüsusi diqqət etməliyik ki, bu da bir sıra sosial problemlərin həllinə imkan veriləcək".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı hökumətin 2017-ci il hesabatına təkliflər səsləndirərkən deyib.

Hesabatı yüksək qiymətləndirdiyini vurğulayan M.Qasımlı növbəti ildə nəzərə alınması üçün bir sıra təkliflər də səsləndirib:

"Hesab edirəm ki, ölkəmizdə istehsal edilən məhsullar xaricdən gətirilərkən onların üzərinə yüksək rüsum qoyulmalıdır. Bununla da daxili istehlakçımızı, istehsalımızı qorumalıyıq. Bu həm də ərzaq təhlükəsizliyinə xidmət edəcək”.

M.Qasımlı maliyyə nəzarəti gücləndirilməsinin vacib olduğunu deyib:

"Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi Mədəniyyət və Turizm Naziriliyi ilə birlikdə hesabat hazırlamalıdır. Bu zaman ölkədən xaricə gedənlərin sayı və ölkədən xaricə maliyyə axını müəyyən edilməlidir. Düzdür, bu axının qarşısını süni yollarla ala bilmərik. Lakin ölkədə turizm mərkəzlərinin sayı artırılmaqla əhalinin ölkə daxilində istirahət imkanlarını artıra bilərik”.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR