Xaricdə yaşayan Azərbaycanlı iş adamları doğma ölkələrindəki məhkəmələrdən şikayətçidirlər

Xaricdə yaşayan Azərbaycanlı iş adamları doğma ölkələrindəki məhkəmələrdən şikayətçidirlər
Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində fəaliyyət göstərən məhkəmələrdən şikayət edib.

Şikayət məktubunda qeyd edilir ki, onlar bir zamanlar iş ortağı olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanının və Pirallahı məhkəməsinin qanunsuz qərarının qurbanı olublar. Belə ki, Fikrət İbrahimov onlara olan borcunu qaytardıqdan sonra heç bir əsas olmadan saxta sənəd tərtib edib, onu heç bir ciddi dəlil-sübut olmadan Piarallahı məhkəməsinə təqdim edib və qəribəsi budur ki, məhkəmə onun xeyrinə qərar çıxarıb. Daha qəribəsi isə odur ki, yuxarı instansiya məhkəmələri də bu qərarı təsdiq ediblər. Söhbət nə az, nə də çox 700 min dollarlıq iddiadan gedir. Özü də bu cür məsələlər  İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub.

Şikayət məktubunda olayla bağlı hərtərəfli materiallar və epizodlar üzrə sənədlər təqim edilir.

Müraciətdə o da vurğulanır ki, iş hal-hazırda Konsitusiya Məhkəməsindədir.

Vüsalə Rəhimli ölkə başçısından və birinci vitse-prezidentdən  öz hüquqlarının qorunması üçün kömək umur və buna inanır. Onun fikirncə, əks-təqdirdə bu, məhkəmələrə vətəndaşların və iş adamlarının inamını sarsıda bilər.
 
"Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!

Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyatı orqanlara tapşırıq verecəyinizə böyük ümüd bəsləyirəm", -deyə müraciətdə qeyd olunur...
 
/olaylar.az

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...