Təhsİl

Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir? – Ekspertdən cavab

Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir? – Ekspertdən cavab

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

 

 Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var.

 

Sfera.az AzEdu.az-a istinadən  xaricdə təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi barədə zəruri məlumatları təqdim edir:

 

"Gəncliyin Elmi-Mədəni  İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, 2015-ci ilin ikinci yarısı və   2016-cı ilin mart ayına qədər xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi  barədə parlamentdə  gərgin müzakirələr getdi:

 

"Parlamentdə  müzakirələr zamanı xaricdə təhsil alanlara seçilmiş universitetlər üzrə hərbi möhlət  verilməsi nəzərdə tutulurdu.  Təhsilə sahəsinə kənar olan  millət vəkilləri də müzakirəyə qoşulmuşdular. 2016-cı ilin birinci yarısında  xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi barədə qanun qəbul olundu

 

Lakin   cənab prezident əksinə, qanun imzaladı ki, xaricdə bakalavr, magistratura, doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilsin. 2016-ci ilin may ayına qədər xaricdə magistr və doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi yox idi. Buna görə də cənab prezidentə xüsusi təşəkkür məktubu göndərdik. Apostil qanuna qoşulan ölkələrdə ümumiyyətlə  xaricdə,  bakalavr, magistr və doktorantura üzrə təhsil alanlar üçün hərbi xidmətdən möhlət hüququ keçərlidir.  Hərbi xidmətdən möhlət verilməsi  xaricdə hazırlıq fakültəsində təhsil alanlara da aiddir”.

 

Prezident İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun tətbiqi ilə bağlı fərmanı:

 

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Bu fərmana əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara — təhsilini bitirənədək, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət verilməsi Prezidentin səlahiyyətinə verilib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031