Xanım millət vəkilləri Etibar Əliyevə yerini göstərdi – BDU rektoruna qarşı aparılan qarayaxmaya etiraz

Xanım millət vəkilləri Etibar Əliyevə yerini göstərdi – BDU rektoruna qarşı aparılan qarayaxmaya etiraz
 
 


 

"Onun dedikləri iftiradır və aparılan islahatlara kölgə salmaq cəhdidir"


Sfera.az-ın məlumatına görə, deputat, BDU-nun professoru Jalə Əliyeva təhsil eksperti Etibar Əliyevin rektor E.Babayev haqqında səsləndirdiyi iddialara münasibət bildirib.

 

J.Əliyeva qeyd edib ki, rektoru Elçin Babayev və BDU haqqında səslənən əsassız fikirlər həm də Universitetin müəllimlərinə, bütün kollektivə atılan iftiradır:

 

 

"Elçin Babayev BDU-ya rektor təyinatı çox uğurlu bir təyinatdır. Biz ilk gündən gördük ki, E.Babayev Universitetdə tələbələrin əlini sıxdı, onların problemlərini şəxsi problemi kimi qəbul edir. Rektorun qapısı hər bir tələbənin, professor-müəllim heyətinin üzünə açıqdır, hər kəs istədiyi vaxt onunla görüşüb sözünü deyə bilir. Dövlət başçısı ölkəmizdə islahatlar həyata keçirir, bu islahatlar hər bir vətəndaşın, eyni zamanda, təhsil işçilərinin mövqeyinə xidmət edir. Belə bir vaxtda, həm də BDU-nun yüz illiyi ərəfəsində təhsil ekspertinin iftiraları hər birimizdə təəssüf hissi doğurur və bu, aparılan islahatlara kölgə salmaq cəhdindən başqa bir şey deyil. Onu da xatırladım ki, hələ ötən əsrin əvvəllərində Azərbaycanın böyük maarifçi ziyalıları olub. Məhz həmin vaxt da ölkəmizdə maarifçiliyə, ziyalılarımızın işıqlı fəaliyyətinə ləkə vurmaq istəyən şəxslər var idi. Amma tarix hər kəsə əz yerini göstərdi, ziyalılarımıza ləkə vuran şəxslər tarixdə qalmadılar. Maarifçi ziyalılarımız isə daim xalqımızın qəlbindədirlər. Mən Elçin Babayevi Elmin İnkişaf Fondunda İcraçı direktor olduğu vaxtdan tanıyıram. O, islahatçı, işıqlı ziyalıdır. Rektor təyin edildiyi gündən bu günə qədər BDU-da xeyli müsbət işlərə imza atıb, tələbə-rektor münasibəti dost müstəvisinə keçib. O, tələbələrin, müəllimlərin sevgisi ilə əhatə olunub. Bu sevgini də Elçin müəllim öz fəaliyyəti ilə qazanıb. Təhsil ekspertinin yazısında adıçəkilən şəxslər də Elçin müəllimin qohumları deyil, həmin şəxslər də Universitetin layiqli əməkdaşlarıdırlar. Yəni, bu söylənilənlər tam iftiradır, bunu hər birimizə qarşı iftira, böhtan, qarayaxma hesab edirik".


Digər xanım deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da təhsil eksperti Etibar Əliyevin böyük səhvə yol verdiyi düşüncəsindədir. O qeyd edib ki, Elçin Babayev kifayət qədər yenilikçi, novator adamdır:


"Elçin Babayev bütün günü BDU-da tələbələrin, müəllimlərin arasındadır. Hər kəsin təkliflərinə açıq adamdır. Onu heç otağında tapmaq olmur. Tələbələrin, müəllimlərin qayğısını öz qayğısı hesab edir. Mən onu Elmin İnkişaf Fondunun İcraçı direktoru olan vaxtdan tanıyıram. O, əsl alim, gözəl insandır. Onun BDU-ya rektor təyinatından sonra müsbətə doğru çox ciddi addınlar atılıb. Kənardan, araşdırmadan fikir yürütmək doğru deyil, görülən müsbət işlərə kölgə salmaq cəhdi heç kimə başucalığı gətirməz. Eləcə də, Etibar Əliyev belə bir iddialar irəli sürməklə çox böyük səhvə yol verib"

 

 

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...