“Xan Solo\"nun premyerası Kann festifalında olacaq

“Xan Solo\
"Xan Solo: Ulduz müharibələri” filminin premyerası 71-ci Kann festifalında olacaq.

Sfera.az xəbər verir ki, bu haqda "Gazeta.ru” saytı yazıb.

"Xan Solo"nun sərgüzəştlərinə tamaşaçılar 15 mayda baxa biləcək. 10 gün sonra isə film dünya prokatına çıxacaq.

Filmdə baş rolu Olden Erenrayk canlandırıb. Digər rollarda Emiliya Klark, Vudi Harelson, Donald Qlover çəkiliblər.

71-ci Kann festivalı iranlı rejissor Əskər Fərhadinin "Hamı bilir” trilleri ilə açılacaq.

İlqar

OXŞAR XƏBƏRLƏR