Xalq şairinin oğlunu öldürənlərin cəzaları ağırlaşdırıla bilər - Yenidən məhkəmə olacaq

Xalq şairinin oğlunu öldürənlərin cəzaları ağırlaşdırıla bilər - Yenidən məhkəmə olacaq
 Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə hökmündən prokuror apellyasiya protesti verib. 

Protestdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması istənilib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Məhkəməni  hazırlıq iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, keçən il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə ehtiyasızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.
 
///Lent.az-

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...