Xalq rəssamı vəfat etdi

Xalq rəssamı vəfat etdi
 

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov 71 yaşında vəfat edib.

Mərhumla vida mərasimi bu gün 13:00-da Heydər məscidində keçiriləcək..

Qeyd edək ki, Tahir Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz rəssam idi. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin "Traviata”, C.Rossininin "Sevilya bərbəri”, R.Leonkavallonun "Payatsı”, F.Əmirovun "Sevil” operaları, P.Çaykovskinin "Romeo və Cülyetta”, Q.Qarayevin "Don Kixot”, "Leyli və Məcnun”, T.Bakıxanovun "Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin "Müdriklər”, İ.Əfəndiyevin "Büllur sarayda”, C.Cabbarlının "Od gəlini”, "Aydın”, S.Vurğunun "Fərhad və Şirin”, N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü”, H.Orucovun "Bu dünyanın adamları”, B.Vahabzadənin "Cəzasız günah”, Elçinin "Poçt şöbəsində xəyal”, H.Həsənovun "Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...