Xalq rəssamı Altay Hacıyev vəfat edib
15:06 / 13.02.2019
2371
Azərbaycanın tanınmış məşhur boyakarı, Xalq rəssamı Altay Hacıyev vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.
Rəssam fevralın 12-də dünyasını dəyişib.
A.Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. 2003-cü ildən Prezident təqaüdçüsü olub.