““Xalq Cəbhəsi”nin yerləşdiyi binada silah aşkar edilmişdi” - Prezidentin köməkçisi

““Xalq Cəbhəsi”nin yerləşdiyi binada silah aşkar edilmişdi” - Prezidentin köməkçisi
 

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində Azərbaycanın 90-cı illərin əvvəllərində və bu günkü kriminogen durumu haqda fikirlərini bildirib.

Sfera.az-ın verdiyi xəbərə görə, F.Ələsgərov bildirib ki, Heydər Əliyevin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyulub: "AXCP-Müsavat iqtidarı dövründən insanların qanunsuz olaraq saxladığı on minlərlə odlu silah və sursat qısa müddət ərzində yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Təsəvvür edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi.

Ulu öndərin rəhbərliyi ilə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilmişdir. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Kriminogen vəziyyət tam nəzarət altındadır.

Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm hökmü tamamilə ləğv olundu. Bu, çox tarixi bir qərar idi. Yaxşı xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə səfərə gəlmiş avropalı nümayəndələrə ümummilli lider bu barədə məlumat verəndə onlar eşitdiklərinə hətta inanmadılar.

Bu dövrdə ölkədə əfv və amnistiya institutları bərpa edildi və on minlərlə insan azadlığa qovuşdu. Bununla Azərbaycan dövləti insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm cəzası icra edilirdi. Bu gün hələ də müxalifətin siyasi səhnəsində olan həmin insanlar Avropa dəyərlərindən danışırlar. Lakin hakimiyyətdə olan zaman onlar nəinki Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdilər”.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...