Xalq Bankın 14 yaşı oldu!

Xalq Bankın 14 yaşı oldu!
ASC "Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının 27 dekabr 2004-cü il tarixli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən Xalq Bank öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsulları təqdim edir.
 
Ötən 14 il ərzində bank böyük və şərəfli yol qət edərək ölkənin aparıcı bankları sırasında öz yerini tutub. Bu zaman kəsiyində Xalq Bankın qazandığı ən böyük nailiyyət isə müştərilərin dərin hörməti, etibarıdır.

Hazırda Xalq Bank 8-i paytaxtda, 21-i ölkəmizin bölgələrində olmaqla, ümumilikdə 29 filialı özündə birləşdirən universal bankdır. Bu illər ərzində Xalq Bank əsas maliyyə göstəriciləri üzrə sabit artım  nümayiş etdirir və ölkənin bank sektorunun liderlərindən biridir. Bank yüz minlərlə müştəri, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin flaqmanları olan tərəfdaşlara, eləcə də peşəkar, dərin bilikli və işinə sadiq əməkdaşlara malikdir. Xalq Bank müştəri və tərəfdaşlarının hər birinə inam və etimada görə dərin minnətdarlığını bildirir, gələcəkdə onlarla birlikdə yeni-yeni uğurlara imza atacağını əminliklə bildirir.

ASC "Xalq” Bankı Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir!
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...