Xalq Bank ödəniş kartlarının istifadə müddətini uzatdı

Xalq Bank ödəniş kartlarının istifadə müddətini uzatdı
 

Ölkə əhalisinin sağlamlıq durumuna təhlükə yarada biləcək COVID-19 virusunun yayılması təhlükəsini azaltmaq məqsədi ilə Xalq Bank mart, aprel, may və iyun aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətini 31.07.2020-ci il  tarixədək  uzatdı.

İstifadə müddəti 2020-ci ilin mart, aprel, may və iyun aylarında başa çatacaq kartların sahiblərinə kartlarının müddətini uzatmaq üçün Banka gəlməyə ehtiyac yoxdur. Ödəniş kartlarının müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılacaq. Bu müddət ərzində həmin kartlarla bütün ölkədaxili əməliyyatları həyata keçirmək mümkün olacaq.

Xalq Bank karantin vaxtı bütün müştərilərini #evdəqal aksiyasına qoşulmağa çağırır, ödəniş kartlarının verdiyi üstünlüklərdən faydalanmağı - onlayn alış-veriş etməyi, nağdsız ödəməyi və kartların təmassız ödəniş funksiyasından istifadə etməyi tövsiyyə edir.

Daha ətraflı məlumatı Bankın www.xalqbank.az veb-səhifəsində  və yaxud 138 nömrəsi vasitəsilə Məlumat Mərkəzindən əldə edə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR