Xalq artistlərinin yumruq davasının- Pərdəarxası

Xalq artistlərinin yumruq davasının-  Pərdəarxası
Akademik Milli Dram Teatrda son vaxtlar bir-birinin ardınca biabırçı qalmaqallar baş verir. Teatr daxilində gedən xoşagəlməz proseslər, səhnədəcə həmkarına ayaqqabı atan, bir-birini təhqir edən, həmkarlarını “ağ yuyub qara sərən” xalq artistləri, teatrın rəhbəri İsrafil İsrafilovun özbaşınalıqları barədə yayılan məlumatlar və digər qalmaqallı olaylar bir daha sübut edir ki, 125 illik tarixə malik mədəniyyət ocağı hazırda intriqa yuvasına çevrilib. 

Teatrın məzuniyyət dövründə belə xalq artistlərinin həm mətbuatda həm də sosial şəbəkələrdə bir-birini təhqir edərək söyüş dolu ifadələr işlətməsinin şahidi olduq.  

Məbəd və qalmaqallar yuvası...

Məzuniyyətdən qayıdan teatrda bu dəfə qalmaqalların elə bir pik həddi baş verdi ki, bu mədəniyyət ocağı hələ belə bir biabırçı olayla qarşılaşmamışdı. 

 Belə ki, teatrın məzuniyyət dövründə xalq artistləri Ramiz Novruz və Ramiz Məlik arasında yaranan gərginlik teatrın ilk iş günüdə yumruq davası ilə davam edib. 

Sfera.az Aznews.az-ın məlumatına görə xalq artisti Ramiz Məlik mətbuatda teatrın direktoru İsrafil İsrafilov barəsində gedən məlumatlara münasibət bildirərkən həmkarı Ramiz Novruz onun fikirlərinə qarşı çıxıb. Ramiz Novruzun teatr direktorunu müdafiə etməsi Ramiz Məlikə xoş gəlməyib və nəticədə mübahisə düşüb. Bu zaman isə əsəblərinə hakim ola bilməyən Ramiz Novruz həmkarı Ramiz Məliki yumruqlayıb. Nəticədə ikincinin gözünün altı qaralıb və paltarı cırılıb. 

Bir müddət əvvəl ağır ürək əməliyyatı keçirən Ramiz Məlik aktyorların köməyi ilə Ramiz Novruzun əlindən güclə alınıb. Xəsarət alan xalq artisti polisə (102) müraciət edib.  Şahidlərin dediklərinə görə olaydan bir qədər sonra xalq artistləri Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar.

Aldığımız digər məlumatlara görə xalq artisti Ramiz Novruz “razborka” zamanı həmkarını küçə söyüşləri ilə təhqir edib.

Bütün bu olanlarla bağlı hər iki xalq artisti ilə əlaqə saxlamağa çalışdıq. Ramiz Novruz uzun-uzadı zənglərimizə cavab vermək istəməsə də, həmkarı Ramiz Məlik qısaca olaraq sualımızı cavablandırıb: “Hər şey aydınlaşdırıldıqdan sonra danışacam. Bu an üçün heç nə deyə bilməyəcəm”.

Azərbaycan mədəniyyətinə öz böyük töhfələrini vermiş, təkcə ölkədə deyil, keçmiş Sovet məkanında sevilən, şan-şöhrət qazanan sənətçilər yetirən, Ələsgər Ələkbərov, Məlik Dadaşov, Leyla Bədirbəyli, Əliağa Ağayev, Tofiq Kazımov kimi görkəmli aktyor və rejissorların fəaliyyət və yaradıcılığına şahidlik etmiş “Azdrama”nın nüfuzu, imici tamamilə korlanıb. Artıq iş o yerə gəlib çatıb ki, bir sıra ziyalı və nüfuzlu şəxslər də bu böyük mədəniyyət ocağının qalmaqallar, biabırçı olaylardan başqa nəzərə çarpacaq dərəcədə fəaliyyəti olmadığını, bu səbəbdən də onun bağlanılmasını, yalnız rəhbəri, kollektivi, iş prinsipi dəyişdirildikdən sonra yenidən fəaliyyət göstərməsini təklif edirlər.

“Aktyor öz davranışları ilə nümunə olmalıdır”

Teatrın mətbuat katibi Elçin Cəfərov bu cür iddialarla razılaşmır: 

“Yeni biabırçı qalmaqal barəsində mən də mətbuatdan öyrəndim. Təbii ki, bu çox təəssüf edici haldır, çünki teatr məbəddir. Burdakı aktyorlar öz nümunəvi davranışları, fəaliyyətləri ilə digərlərinə örnək olmalıdırlar. Teatrın ətrafında baş verən son qalmaqallar narahatlıq doğurur, çünki bundan öncə belə olaylar, bu qədər söz-söhbətlər olmamışdı. Akademik Milli Dram teatrı təkcə burdakı kollektivin, aktyorların deyil, bütün Azərbaycanın böyük teatrı, mənəviyyat ocağıdır. Ona görə də burda baş verən xoşagəlməz proseslər təbii ki, haqlı olaraq insanları üzür.

Lakin teatrın yaradıcılıq fəaliyyəti haqqında deyilənlər doğru deyil. Teatr dövlət proqramını lazımınca yerinə yetirərək yeni tamaşalar təqdim edib, yeni kadrlar yetişdirib, bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib”.

Nazirlik bütün qalmaqalları araşdıracaq

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirdi ki, teatrda yaranan bütün qalmaqallar nazirliyin nəzərindədir:

“Nazirlik bir dəfə də bu barədə açıqlama vermişdi. Belə ki, sentyabr ayının əvvəllərində teatr mövsümünün açılışı dövründə nazirlik tərəfindən həm sonuncu həm də bundan öncəki qalmaqallar barəsində olan məsələlərə baxılacaq, araşdırılacaq”.

“Rusiya teatrlarına baxanda bizim vəziyyət şükürlüdür”

Bir zamanlar teatrın yetişdirdiyi istedadlı gənclər sonralar televiziya tamaşalarında, filmlərdə iştirak edərək əsl sənət nümunələri yarada bilirdilər. Hansı ki, həmin film və tamaşalar öz təravətini itirmədən bu gün də cəmiyyət tərəfindən sevilərək izlənilir, yenidən öz layiqli dəyərini tapa bilir. Lakin hazırki dövr üçün bunu demək mümkün deyil. Sanki xalq artistləri, aktyor və aktrisalar yalnız qalmaqal üzərindən gündəmdə qalmağa çalışırlar. 

Daha çox yaradıcı fəaliyyətlərini nümayiş etdirməkdənsə bir-birinə şər, böhtan atmaq, təhqir etmək, yumruq davasına çıxmaq, həmkarlarının fəaliyyətlərinə kölgə salmaqla məşğuldurlar. Doğrudur, mədəniyyətin bütün sahələrində sənətçilər arasında daima hansısa inciklik, qısqanclıqlar yaşanıb, lakin onlar öz nüfuz və şəxsiyyətlərini qoruyaraq  bu cür məsələləri  ictimailəşdirib, bayağılaşdırıb özlərini gözdən salmayıblar. 

Tanınmış rejissor Ayaz Salyev bu barədə öz fikirlərini bölüşüb: 

“Aktyorların arasında qalmaqallar hər zaman olub, olacaq da. Bu barədə hər kəs bilir. Bu tendensiya təkcə bizim ölkə teatrlarında deyil, bütün dünyada mövcuddur. Məsələn, Rusiyanın balet teatrında baş verən olaylar çox biabırçıdır. Bizdə vəziyyət ona baxanda yaxşıdır. Bir sözlə bu cür qalmaqallar teatrın ayrılmaz hissəsidir. Əlbəttə ki, bu çox təəssüfedici haldır, lakin reallıqdır belədir...”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...