Xalq artistləri Türkiyədə - Fotolar

Xalq artistləri Türkiyədə - Fotolar

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bursa 5-ci Beynəlxalq Teatr Festivalında çıxış edib.

"Qafqazinfo"nun məlumatına görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin "Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla Əliqızı çıxış edib.

Qeyd edək ki, "Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.


Xalq artistləri Türkiyədə - Fotolar
Xalq artistləri Türkiyədə - Fotolar


OXŞAR XƏBƏRLƏR