Xalq artistinin bacısı danışdı: \"Rübabə yolçu olmayıb, onun qızı da yolçu olsun...\" - QALMAQAL
16:32 / 10.08.2017
2782
Xəbər verdiyimiz kimi, dünən "Nərimanov" stansiyası tərəfdə 55 yaşlı Nailə Muradova adlı dilənən qadın haqqında yazı dərc etmişdik. Həmin qadın özünü Azərbaycan SSR Xalq artisti Rübabə Muradova və şair Süleyman Rüstəmin qızı kimi təqdim etmişdi.
Məsələni tam aydınlaşdırmaq üçün Sfera.az-ın əməkdaşı Rübabə Muradovanın bacısı Tahirə Muradova ilə əlaqə saxlayıb.
Tahirə Muradova sözügedən qadının yalançı və fırıldaqçı olduğunu söyləyib:
"Rübabə Muradova Azərbaycanın Xalq artistidir. Bacım rəhmətə getsə də, onun adı və mahnıları yaşayır. Rübabə xanım Azərbaycanın sevilən sənətçisi olub. Bizim elə bir qohumumuz yoxdur, qalmışdı ki, Rübabə xanımın qızı ola. Bacımın Nailə adlı qızı yoxdur və onun adından istifadə edib özünü tanıtmasın. Rübabə yolçu olmayıb, onun qızı da yolçu olsun. O qadının sizə söylədiklərinin hamısı yalnış, qondarma məlumatlardır. Sizi və ümumilikdə Azərbaycan xalqını aldadır. Həmin qadını kimsə öyrədib. Bu, qurğudur, sadəcə iftira ataraq bacımın adını ləkələmək istəyir. Ayıbdır!".
Gülnarə Eynullaqızı
Sfera.az