Xalq artistini toyda zəhərləmək istədilər

Xalq artistini toyda zəhərləmək istədilər
Xalq artisti Nazpəri Dostəliyevanı Moskvada toyda olarkən zəhərləmək istəyiblər.
 
Müğənni yerli telekanalların birində bir neçə il bundan əvvəl başına gələn hadisədən danışıb:

"Moskvada sürücüm eşidib ki, artıq plan qurulub, məni zəhərləmək istəyirlər. Kimsə bunun qarşılığında böyük məbləğdə pul alıb. Sürücüm tualetdə olub, onu tanımayıblar.  Daha sonra toyda mən mahnı oxuyarkən dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin. Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi. Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib. Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər”.  


OXŞAR XƏBƏRLƏR